Share

Mohsens Architectures Group

Mohsens Group

Mohsens Architecture

Mohsens Design

Mohsens Construction

01

BİZ MOHSENS GROUPUQ

Şirkətimiz artıq uzun illərdir ki, memarlıq, dizayn, landşaft, metal konstruksiya, tikinti, təmir, modelləmə, sərt beton və epoksit işləri sektorunda uğurla fəaliyyət göstərir. Biz qeyd olunan sahələr üzrə Azərbaycan və digər xarici ölkələrdə əhəmiyyətli nailiyyətlərə imza atmaqdayıq. Şirkətimiz fəaliyyətə başladığı vaxtdan etibarən keyfiyyət və məmnunluq prinsipi ilə müştərilərə xidmət göstərməkdədir. Şirkətimizin çoxillik iş təcrübəsi və peşəkar heyəti bizə etibar edilən sifarişlərin vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsinə zəmanət verir. Bütün layihələr normalara uyğun olaraq texniki dəqiqliklə hazırlanır və həyata keçirilir.

BİZİM İŞLƏR

03

BİZİM MÖHTƏŞƏM KOMANDAMIZ

BİZ GÜCÜMÜZÜ İŞÇİLƏRİMİZİN GÖRDÜYÜ İŞİN UĞURLA BAŞA ÇATMASINDAN ALIRIQ!
Biz fəth etdiyimiz zirvələr üçün əməkdaşlarımıza borcluyuq.
DÜZGÜN SEÇİLMİŞ HEYƏTLƏ İSTƏNİLƏN TAPŞIRIĞIN ÖHDƏSİNDƏN TAM LAYİQLİ ŞƏKİLDƏ GƏLƏ BİLƏRİK!

04

NƏLƏR EDİRİK

Şirkətimiz yaşayış yerlərinin (bina evləri, həyət evləri, bağ evləri və s.), ictimai yerlərin (ofislər, kafelər, mağazalar və s.), sənaye yerlərinin (ağır sənaye fabrik və zavodlar) layihələndirilməsi, dizayn edilməsi, tikilməsi, təmir edilməsi və tam şəkildə istismara təhvil verilməsi ilə əlaqədar çoxşaxəli xidmətlər göstərməkdədir.
Referanslarımızdan bəziləri ilə sizi tanış edirik.

MEMARLIQ

Şirkətimiz bina evlərinin, həyət evlərinin, bağ evlərinin və iş yerlərinin layihələndirilməsi, dizayn edilməsi və tam şəkildə  istismara təhvil verilməsi ilə əlaqədar geniş çeşidli xidmətlər paketi  təklif edir. Bu xidmətlər sifarişçilərin istəyinə uyğun şəkildə həyata keçirilir. Bizim mütəxəssislərimiz texniki standartlara və tikinti normalarına tam riayət etməklə layihə planlaşdırılması, layihə-tikinti sənədlərinin işlənib hazırlanması, təsdiq olunması və əlaqələndirilməsi ilə məşğul olur.

  • Eksteryer, eskiz və dizayn layihə
  • Layihə müddətində mütəmadi olaraq memarlarımızın sizə verəcəyi məsləhətlər
  • Layihələndirmənin razılaşdırılması

DİZAYN

Biz sizin gələcək evinizə, iş yerinizə və s. uyğun dizaynlar hazırlayırıq. Dizaynerlərimiz dizayn materiallarının ideal kombinasiyasının müəyyən edilməsi,  rəng qammasının seçilməsi və sizin məkanınızda rahatlığın və komfortun yaradılması kimi işləri həyata keçirir. Müştərilərimiz mütəxəssislərimizin hazırladığı eskizləri və dizaynları görərək öz gələcək evlərinin artıq necə görünəcəyini təsəvvür edə bilirlər .

  • İnteryer eskiz və dizayn layihə
  • Layihə müddətində mütəmadi olaraq dizaynerlərimizin sizə verəcəyi məsləhətlər
  • Layihələndirmənin razılaşdırılması

LANDŞAFT

Biz sizin gələcək villanıza və ya evinizin həyətinə aid landşaft dizaynlar hazırlayırıq. Dizaynerlərimiz dizayn materiallarının ideal kombinasiyasını müəyyən edib, ağaclar, güllər və istifadə olunan  materialların seçilməsi və komfortun yaradılması kimi işləri həyata keçirirlər. Bu proseslərdən sonra artıq müştəri hazırlanmış dizayna görə həyətin landşaft dizaynının necə olacağını təsəvvür edir.

  • Landşaft eskiz və dizayn layihə
  • Layihə müddətində mütəmadi olaraq dizaynerlerimizin sizə verəcəyi məsləhətlər
  • Layihələndirmənin razılaşdırılması

Metal konstruksiya

Biz sizin gələcək zavod, anbar binası və s. aid fermaların (metal konstruksiyalar) hesabatını, çertyojunu, istehsalını və montajını həyata keçiririk. Metal konstruksiyalar tikintidə qədim zamanlardan tətbiq olunurdu və get-gedə daha da çox populyarlıq qazanır. Metal konstruksiya dəmir-beton konstruksiya ilə müqayisədə kiçik çəkisi, nisbi ucuzluğu, montajın yüksək sürəti, bilavasitə zavod-istehsalçıda ilkin iri qovşaqlı yığım imkanı, rahat və sadə təmiri, demontaj və təkrar istifadə imkanı ilə və s. seçilir.

  • Mütəxəssislərin baxışı və konsultasiyası
  • Mütəxəssislər tərəfindən hesabatın və smetanın hazırlanması
  • İstehsalat işlərinin aparılması
  • Montaj və quraşdırma işləri
  • İş prosesinə tam nəzarət edilməsi

TİKİNTİ

Xəyalınızda canlandırdığınız evə (məkana) sahib ola bilməniz üçün bizim mütəxəssislərə müraciət edə bilərsiniz. Bizim şirkət tikinti özülünün qazılmasından başlayaraq dam konstruksiyasının qurulmasına qədər müxtəlif diapazonda işlər yerinə yetirir. Şirkətimizin çoxillik iş təcrübəsi, peşəkar və məsuliyyətli mütəxəssis heyətinin olması  bizə imkan verir əminliklə bəyan edək ki, biz ən qısa zamanda ən yüksək keyfiyyət standartlarına uyğun olan sənaye, ictimai və yaşayış obyektləri inşa edirik.

  • Mütəxəssislər tərəfindən smetanın hazırlanması
  • Mütəxəssislərin baxışı və konsultasiyası
  • Tikinti işlərinin aparılması
  • Tikintidə istifadə olunan materiallar haqqında ətraflı məlumat verilməsi
  • Təmir işlərinə tam nəzarət edilməsi

TƏMİR

İstər mənzil, istər ofis binası, istərsə də inzibati bina olsun, biz bunların təmiri ilə əlaqədar bütün qayğıları öz üzərimizə götürürük. Siz yalnız işlərin həcmini müəyyən edirsiniz, bütün qalan işlərin həyata keçirilməsi isə bizə aiddir. Bizim şirkətimiz smeta sənədlərinin hazırlanması, təmir əsnasında zəruri məsləhətlərin verilməsi və istifadə olunan materiallara və görülən işlərə verilən zəmanət daxil olmaqla, istismara hazır vəziyyətdə təhvil verir. Tam xidmətlər kompleks şəkildə  həyata keçirilir.

  • Mütəxəssislər tərəfindən smetanın hazırlanması
  • Mütəxəssislərin baxışı və konsultasiyası
  • Təmir işlərinin aparılması
  • Təmirdə istifadə olunan materiallar haqqında ətraflı məlumat verilməsi
  • Təmir işlərinə tam nəzarət edilməsi

MODELLƏMƏ

Biz öz müştərilərimiz üçün dünyanın aparıcı firmalarının istehsal etdiyi eksklüziv mebel və dekor elementlərinin sifarişlə gətirilməsini və  çatdırılmasını təşkil edirik. Sifarişçinin istəyinə əsasən, biz interyerlərdə mebellərin dizaynını və modelləməsini hazırlayırıq.

  • Modelləmə işlərinin aparılması
  • Mebellərin istehsalı
  • Mebellərin quraşdırılması
  • Quraşdırılmaya tam nəzarət

SƏRT BETON VƏ EPOKSİT

Avtomobilqayırma, avtomobil hissələri istehsalı zavodları, sənaye təmir yerləri, istehsal zalları və anbarlar, qida sənayesi, süd məhsulları zavodları, qablaşdırma zavodları, dərman sənayesi, neft, qaz və neft-kimya sənayesi, metallurgiya sənayesi, boru istehsalı, ağır sənaye, enerji stansiyaları, sallaqxanalar, soyutma kameraları, çevrənin hazırlanması, çoxmərtəbəli avtodayanacaqlar və s. yerlərin döşəməsi üçün görülən sərt beton döşəməsi və epoksit işləri ilə bağlı şirkətimiz və mütəxəssislərimiz hər zaman müştərilərimizə xidmət etməyə  hazırdır.

  • Mütəxəssislərin baxışı və konsultasiyası
  • Beton və ya epoksit işlərinin aparılması
  • İş prosesinə tam nəzarət edilməsi
06

BİZ HARDAYIQ?

Bizimlə əlaqə saxlayın

Əlaqə Məlumatları :

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ :